Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin bir qrup hərbi qulluqçusu xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama görə, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 6 nəfər “Vətən uğrunda”, 6 nəfər “İgidliyə görə”, 24 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.