𝐒̧ə𝐦𝐤𝐢𝐫in üzümü Rusiya bazarlarına ixrac olunur

post-img

Artıq bir neçə gündür ki, Şəmkir rayonunun üzüm bağlarından məhsul yığımına başlanılıb. Hazırda rayonda 556 hektar üzüm bağı var ki, bunların da hamısı bar verən tənəklərdir.
Şəmkirdə daha çox ağ və qara şanı, bayan kimi üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə merlot,  petit, şardanel və başqa texniki üzüm sortları da əkilib. Rayonda bu sahədə yaxşı təcrübə əldə etmiş nümunəvi təsərrüftalar az deyil. Fermerlər onlara yaradılmış şəraitdən razılıq edirlər.

Daha çox süfrə üzümü sortlarını becərməyə üstünlük verən şəmkirli fermerlərin sözlərinə görə, bu il bağlardan bol məhsul əldə edilməsi gözlənilir.

Yığılan məhsul daxili bazarla yanaşı, xarici bazarlara, xüsusilə Rusiyanın müxtəlif bazarlarına ixrac olunur.

          Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri













Sosial həyat