Almaniya səfiri Göygöl rayonunda sonuncu almanın ev muzeyinə baxıb

post-img

Almaniya  Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Göygöl rayonunda səfərdə olub.

Səfər çərçivəsində səfir və qonaqlar Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə görüşüblər. Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara bölgənin qədim tarixi barədə ətraflı məlumat verilib, rayonun turizm potensialı və inkişaf perspektivləri geniş müzakirə olunub. Sonra qonaqlar XIX-XX əsrlərdə bu bölgədə yaşamış almanların dəfn olunduğu mülki qəbiristanlığı ziyarət edib, sonuncu alman Viktor Klaynın ev muzeyini və alman izlərini olduğu kimi qoruyub saxlayan katakombaları ekskursiya ediblər.

Səfir Ralf Horlemann və qonaqlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, rayondan xoş təəssüratla ayrıldılar.
         

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Göygöl rayonu.



















Sosial həyat