Tramp Harrisi Baydenin seçki pullarını mənimsəməkdə ittiham edib

post-img

ABŞ prezidentliyinə namizəd və keçmiş dövlət başçısı Donald Trampın seçki qərargahı ölkənin hazırkı lideri Co Baydenin yenidən prezident seçilməsi üçün toplanmış vəsaitin köçürülməsi ilə əlaqədar ölkənin vitse-prezidenti Kamala Harrisin kampaniyasına qarşı Federal Seçki Komissiyasına şikayət edib. Bu barədə CNN sənədə istinadən xəbər verib. 

Məlumata görə, Trumpın kampaniyası hesab edir ki, pulların “bir prezidentliyə namizəddən digərinə köçürülməsi” oğurluq və qanunun pozulmasıdır. Şikayətdə deyilir: “Harrisin Baydendən qalan kampaniya fondunun 91,5 milyon dolları oğurlamaq cəhdi hədsiz töhfə və tarixdə ən böyük pozuntu təşkil edəcək”.

Tramp bundan əvvəl vitse-prezident Harrisin prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkəni məhv edəcəyini bəyan etmişdi. 

 

P.ƏMİRCANOV

XQ

 

Dünya