Qubada ictimai dinləmə

post-img

Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” mövzusunda növbəti ictimai dinləmə Qubada keçirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XQ-yə verilən xəbərdə deyilir. 

Bildirilir ki, dinləmə layihə barədə məlumatı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları cəlb etmək məqsədi daşıyıb. İşaxtaran və işsizlərin iştirakı ilə ke­çirilən toplantıda layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icra zamanı ətraf mü­hit və sosial məsələlərə dair tələblər ətraflı şərh edilib. Öz biznesini qurmaq istəyənlərin bacarıq­larının inkişaf etdirilməsində proqramın rolu və əhəmiyyəti də vurğulanıb, mü­raciət və iştirak qaydaları diqqətə çat­dırılıb. 

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, işsiz və işaxtaran şəxs­lərə tövsiyələr verilib. 

Z.BƏŞİRQIZI
XQ

Sosial həyat