Muxtar Babayev: Məqsədimiz qlobal istiləşməni 1,5 dərəcəyə qədər azaltmaqdır

post-img

“COP29-un ev sahibi kimi bütün dünya üçün nümunə olmalıyıq. Bu səbəbdən emissiyaların azaldılması üzrə milli planın yenilənməsi ilə bağlı işlər gedir. Məqsədimiz qlobal istiləşməni 1,5 dərəcəyə qədər azaltmaqdır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev deyib.

O qeyd edib ki, COP29-da davamlı kənd təsərrüfatı, elm, su, texnologiya və innovasiya, davamlı urbanizasiya və sağlamlıqla bağlı müzakirələrə də üstünlük veriləcək: “Biz iqlim dəyişikliyinə qarşı ən həssas olan dövlətlərin problemlərini görmək üçün Afrika qitəsindən Asiyaya, eyni zamanda, Karib dənizinin kiçik ada dövlətlərinə qədər dünyanın bir çox bölgəsini gəzmişik”.

COP29-da müzakirə olunacaq məsələlər bir çox ölkələrin iqlim fəaliyyətinə sərmayə qoymağa çalışarkən qarşılaşdıqları maneələri aradan qaldırmağa kömək edəcək”, - deyə nazir əlavə edib.

Sosial həyat