Budapeşt Pekinin Ukrayna münaqişəsinə son qoyulması ilə bağlı səylərini dəstəklədiyini və sülh təşəbbüsü hazırladığını yüksək qiymətləndirir. Macarıstanın baş naziri Viktor Orban bu barədə iyunun 8-də Çinə səfəri zamanı Çin sədri Si Cinpinlə görüşü zamanı bildirib. Məlumatı “Anadolu” verib.
Orban deyib: “Macarıstanın qonşuluğunda münaqişə var və biz sizin sülh təşəbbüsünüzü yüksək qiymətləndiririk”.
Macarıstan hökumətinin başçısı əmindir ki, münaqişənin birbaşa tərəfləri ilə yanaşı, ABŞ , Avropa İttifaqı (Aİ) və Çin də Ukrayna böhranının həllində iştirak edəcək və buna görə də Kiyev və Moskvadan sonra Orban Pekinə gedib.
Baş nazir, həmçinin Si Cinpinin may ayında Budapeştə səfərinin uğurunu xatırladıb, o zaman hər iki ölkə üçün vacib olan ciddi razılaşmalar əldə olunduğunu bildirib.
Orban macarlarla çinlilər arasında dostluğun bir neçə nəsillər boyu inkişaf etdiyinə diqqət çəkib və deyib ki, Çin Xalq Respublikası sədrinin respublikaya səfəri ilə dövlətlər arasında əlaqələrin səviyyəsi yüksəlib. Baş nazir vurğulayıb ki, Budapeşt və Pekin indi “bu formanı məzmunla doldurmaq” üzərində işləyir.
P.ƏMİRCANOV
XQ