İstanbulda zəncirvari qəza: çox sayda yaralı var

post-img

Türkiyənin D-100 magistral yolunun İstanbuldan keçən hissəsində zəncirvari avtomobil qəzası olub. İlkin məlumata əsasən, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, qəzanın iki xidməti mikroavtobus sürücüsü arasında yaranan mübahisə səbəbindən onların nəqliyyat vasitələrini saxlaması nəticəsində baş verdiyi bildirilir.

Hadisə zamanı 3 xidməti mikroavtobus və 1 su tankeri toqquşub. Yaralılar xəstəxanalara çatdırılırlar. Magistral yolun hər iki istiqamətində maşınların hərəkəti məhdudlaşdırılıb.

Dünya