Fransanın baş naziri Qabriel Attal bildirib ki, o, iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcək. Hökumət başçısının bəyanatı növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinin dərcindən sonra verilib. Məlumatı “Anadolu” yayıb.
Attal yeni seçilmiş deputatları təbrik edib və bildirib ki, parlamenti buraxmaq istəmir, ona görə də bunun nəticələrinə görə məsuliyyət daşımaq fikrində deyil. Belə ki, onların alyansı Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə 289 mandatın mütləq əksəriyyətini əldə etməyib.
“Bu seçkidə təmsil etdiyim siyasi qrup bu gecə səs çoxluğu qazana bilmədi. Cümhuriyyət ənənəsinə və öz prinsiplərimə uyğun olaraq prezidentə istefa ərizəmi təqdim edəcəyəm”.
Hökumət başçısı qeyd edib ki, bu gecə fransız xalqı üçün yeni dövr başlayır.
Baş nazir qeyd edib ki, bu seçkidə ifrat sağçılar tarixi səviyyəyə çatıb. Attal 61,62 faiz səs toplayaraq Hauts-de-Seine 10-cu seçki dairəsi üzrə parlamentin üzvü seçilib.
P.ƏMİRCANOV
XQ