Xaçmazda yanğın olub

post-img

Xaçmaz rayonunun İstisu qəsəbəsində bir dam altında tikilmiş  birmərtəbəli, kommunal tipli, beş ailənin yaşadığı evlərdən ümumi sahəsi 40 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, taxta konstruksiyadan ibarət dam örtüyünün yanar konstruksiyaları və bitişik sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 20 m² sahədə yanıb. 

Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti verib. 

Evlərin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər