Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub. Xəbəri nazirliyin mətbuat xidməti verib.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 4 nəfərə müvafiq köməklik göstərilib.
Sumqayıt şəhərində də 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
P.ƏMİRCANOV
XQ