İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan böyük işlər görür. Bu mövzuda bütün dünya qətiyyətli mövqe nümayiş etdirməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT Baş katibinin müavini və UNEP-in icraçı direktoru İnger Anderson COP29-la bağlı keçirilən brifinqdə deyib.
O qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi böyük addımdır: “Prezident İlham Əliyevə ətraf mühitin mühafizəsi istiqamətində gördüyü işlərə görə təşəkkür edirəm. Hazırda Bakıda COP29-a hazırlıqla bağlı böyük işlər görülür. Ümid edirəm ki COP29 çərçivəsində maliyyələşmə paketi ədalətli şəkildə olacaq”.