Tac-Mahal məqbərəsi erməni qadının şərəfinə ucaldılıb?
Ötən bazar günü “Dünyanın yeddi möcüzəsi” ilə yenidən maraqlanmaq istədim. Kaş maraqlanmayaydım. Çünki bir neçə materialda oxudum ki, Hindistanın Aqra şəhərindəki Tac – Mahal məqbərəsi ( 1632 – 1653-cü illərdə Böyük Moğol imperiyası dövründə inşa edilib – İ.M.) “dünyanın səkkizinci möcüzəsidir və bu möhtəşəm sənət əsəri Cahan Şahın xanımı, erməni qızı Mümtaz Mahalın xatirəsinə ucaldılıb.
Məqbərənin saytında göstərilir ki, sifarişçisi Şah Cahan olan bu sənət əsərinin memarı Ustad Əhməd ahauridir. Digər mənbələrdə göstərilir ki, Cahan Şah bu möhtəşəm tikintinin uğurlu alınması üçün İstanbuldan memarlar və digər mütəxəssislər gətizdirib. Rusdilli mənbələrin bir neçəsində isə göstərilir ki, İstanbuldan dəvət edilən mütəxəssislər Memar Sinanın 1490 – 1588, Konstantinopol tələbələri idi.
Yəni bütün bunlar hamının bildiyi tarixi faktlardır. Ancaq 2017-ci il noyabın -də Hindistanda rəsmi səfərdə olan rmənistan Prezidenti, Xocalı faciəsinin əsas günahkarlarından biri, uşaq qatıili kimi tarixə düşmüş Serj Sarkisyan Tac-Mahal məqbərəsinin “Xatirə kitabı”na yazmışdır: “Mən tikintisinə erməni sənətkarlarının da xüsusi töhfələr verdiyi bu qar ağlığında olan məbəd və monumental kompleksi görəndə heyran oldum. Əbədi məhəbbətin müqəddəsləşdirilməsinin rəmzi kimi ucaldılan bu mükəmməl abidə dünyanın səkkizinci möcüzəsi adlandırıla bilər və inanıram ki, hələ çox əsrlər boyu buranı ziyarət edənləri mat qoyacaqdır”.
Sən demə, İstanbuldan Aqraya aparılmış türk memarlarını erməni kimi qələmə verən Serj Sarkisyan erməni “ziyalılarından” qat-qat “insaflı” imiş. “Rusiya – rmənistan strateji və ictimai təşəbbüslərinin dəstəklənməsi Mərkəzi”nin 8 iyun 2022-ci il tarixlı materialında https://.russia-armenia.info göstərilir ki, 392 il əvvəl – 7 iyun 1632-ci ildə, Böyük Moğol Hind İmperiysasının paytaxtı Aqra şəhərində Cahan şahın xanımı – 14-cü övladını dünyaya gətirərərkən vəfat etmiş erməni qadın Mümtaz Mahalın xatirəsinə mükəmməl bir məqbərə ucaldılıb. Saxtakar ermənilər riyakar rus həmfikirləri ilə birləşərək, bu mövzunu “tam əhatə etmək məqsədilə” geniş bir video-material ərsəyə gətiriblər.
Həmin video – materialda diktor mətni ilə söylənilir ki, Hindistanın görməli yerlərini ziyarət edən əcnəbilər daha çox Tac-Mahal məqbərəsinə üz tuturlar. Ancaq onların çoxu bilmir ki, bu möhtəşəm abidə şahın sevimli xanımı, erməni əsilli Mümtaz Mahalın xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılıb.
Hələ bu harasıdır, erməni mütəxəssislər and-aman edirlər ki, Tac-Mahal məqbərəsinin müxtəlif yerlərində erməni xaçları quraşdırılıb. Bu ifadəni səsləndirərkən göstərilən kadrlarda hələ şumer dövründən hamıya məlum olan səkkizguşəli ulduzlar görünür. Bu da az imiş kimi, diktor deyir ki, Aqradakı möhtəşəm İslam abidəsi olan Tac-Mahal məqbərəsində yatan Mümtaz Mahal dünya ermənilərinin fəxr edə biləcəyi soydaşımızdır.
İttifaq MİRZƏBƏYLİ