Son iki gündə 123 cinayətin üstü açılıb

post-img

İyunun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 102, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarılan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 62, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.

Sosial həyat