Pirallahı rayonunda dənizdə bir nəfər batıb

post-img

Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivində dənizdə bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verib.

Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivinin yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Sosial həyat