Birinci Qarabağ müharibəsində itkin düşdü, nəşi indi tapıldı…

post-img

Goranboyda Birinci Qarabağ Müharibəsində itkin düşmüş və şəxsiyyəti sonradan müəyyənləşdirilən  şəhid Novruzov Niyaz İlyas oğlunun  dəfn mərasimi  olmuşdur.

Veyisli kəndindən olan və şəxsiyyəti sonradan müəyyənləşdirilən, 1970-ci il təvəllüdlü şəhid Novruzov Niyaz İlyas oğlunun nəşi iyunun 6-da Rəhimli kənd qəbirstanlığında torpağa tapşırılmışdır. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Qulliyev, hərbçilər, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak etmişlər.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Goranboy rayonu





























Sosial həyat