Sabah Bakı metrosunun iş rejimi dəyişdirilir

post-img

28 May - Müstəqillik Günü ilə əlaqədar sabah “Bakı Metropoliteni” QSC-nin iş rejiminə dəyişikliklər ediləcək.

QSC-dən bildirilib ki, həmin gün “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkət intervalı saat 07:00-dan 21:00-dək 2 dəqiqə 30 saniyə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində və əksinə, qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

Sərnişin axınının istiqamətlərindən asılı olaraq, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

Bayram günü “Bakmil” stansiyasına da qatarların daxil olub-çıxma vaxtları dəyişdiriləcək. Bu istiqamətdə hərəkət edən sərnişinlərdən şənbə günü cədvəlindən istifadə etmələri xahiş olunur.

Bakı metrosu istifadəçilərinin təhlükəsizliyi və sərnişin rahatlığı nəzərə alınmaqla, işçi heyəti üçün növbətçilik cədvəli əsasında iş rejimi müəyyənləşdirilib.

Sosial həyat