Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub. Bu cəzaçəkmə müəssisəsində əfv sərəncamı ümumilikdə 9 nəfərə şamil olunub. Onlardan 7 məhkum azadlığa buraxılıb.
Azadlığa buraxılan 2 məhkum Türkiyə, 2 məhkum isə Əfqanıstan vətəndaşlarıdır. İki nəfər məhkumun isə cəza müddəti azaldılıb.
A.AZADOVA
XQ