"Bağışlanmaq insanı düşünməyə vadar edir" - Əfv sərəncamına düşən MƏHBUS

post-img

Əfv sərəncamı ilə azadlığa buraxılan keçmiş məhbus səhvlərindən nəticə çıxararaq bir daha bunu təkrarlamayacağını deyib.

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan keçmiş məhkum Emin Tağıyev jurnalistlərə müsahibəsi zamanı bildirib:

"Bağışlanmaq insanı düşünməyə vadar edir. Bundan nəticə çıxarıb daha bu səhvləri etməyəcəm".

O, Prezident İlham Əliyevə təşəkkür edib:

"Prezidentə təşəkkür edirəm ki, bizi azadlığa buraxılmağımız üçün əfv sərəncamı imzalayıb. Mən dövlətimizə inanırdım, ona görə də bunu gözləyirdim".

A.AZADOVA

XQ

Sosial həyat