2 saylı cəzaçəkmə müəssisəsində də əfv sərəncamı icra olunub

post-img

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

XQ bildirir ki, məhbusların cəza çəkdiyi bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 8 nəfərə şamil olunub. Onlardan 3 məhkum azadlığa buraxılıb, 5 məhkumun isə cəzası azaldılıb.

Qeyd edək ki, tədbir İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə keçirilib.

Ayşən AZADOVA

XQ

Sosial həyat