Gəncədə güclü külək ağacları kökündən çıxarıb

post-img

Gəncə şəhərində müşahidə olunan küləkli hava bir sıra fəsadlara yol açıb. Şəhərin bəzi yerlərində iri gövdəli ağaclar aşıb. Belə ki,  Heydər Əliyev prospektində iri gövdəli ağacın evin üzərinə aşması nəticədə evə ciddi ziyan dəyib.

Digər yerlərdə də bəzi obyektlər zədələnib, yollara ağaclar aşıb. Şəhərin kommunal müəssisələrinin texnikası və canlı qüvvəsi dərhal hadisə yerlərinə yollanıb, lazımi köməklikz göstərib.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Gəncə şəhəri





Sosial həyat