Bu dəfə Dənizkənarı bulvarda “QİÇS-ə yox” dedik

post-img

Dənizkənarı bulvarda Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və Azərbaycan Velosiped Federasiyasının birgə əməkdaşlığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətə hərəkət, sağlamlığa səyahət” şüarı adı altında velotur keçirilib. 

Veloturda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları, Velosiped Federasiyasının üzvləri, idman həvəskarları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sağlamlıq naminə təşkil olunan tədbirin məqsədi “QİÇS-ə yox” demək, epidemioloji vəziyyətə qarşı birgə mübarizə aparmaqdır.

Qeyd edək ki, hər ilin may ayının 3-cü bazar günü QÇİS-dən dünyasını dəyişmiş insanların “Ümumdünya Xatirə Günü” kimi qeyd edilir. Məqsəd cəmiyyətin diqqətini bu problemə cəlb etmək, bu virusla yaşayan insanlara qarşı diskriminasiyanı aradan qaldırmaq, geniş ictimaiyyətə QİÇS-lə bağlı düzgün informasiya çatdırmaqdır.

XQ

 

Sosial həyat