Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Qırğız Respublikası Prezidenti Sadır Japarovun səfəri çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Dini İşlər üzrə Dövlət Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Dövlət Komitəsi adından sədr Ramin Məmmədov, qarşı tərəfdən isə müvafiq qurumun direktoru Toyqonbay Abdıkarov imzalayıblar.
Sənəd din sahəsində dövlət siyasətinin aparılması üzrə məlumat və təcrübə mübadiləsi, dini təhsil müəssisələri arasında tərəfdaşlığın dəstəklənməsi və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı özündə əks etdirir.