Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 26 aprel 2024-cü il tarixdə Göygöl şəhərində, Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Göygöl və Daşkəsən rayonları sakinlərinin qəbulu keçiriləcək. Xəbəri nazirliyin mətbuat xidməti yayıb.
Qəbula gələn vətəndaşların qeydiyyatı 25 aprel 2024-cü il tarixdə Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
P.ƏMİRCANOV
XQ