Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

post-img

Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında deyib.

Bu gün Mərkəzi Asiya regionunun, Azərbaycanın yerləşdiyi Xəzər regionunun və Cənubi Qafqazın çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan dövlətimizin başçısı xüsusən enerji, nəqliyyat və ticarət sahələrində böyük potensialın olduğunu bildirib.

“Ən önəmlisi, biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Qırğız Respublikası ilə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Siyasət