İngilislər Xaqani qəzəlini oxuyurlar

post-img

Son illər Böyük Britaniyada klasssik Azərbaycan ədəbiyyatına maraq atır. 

İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkə­zinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Xaqani Şirvaninin ingilis dilinə tərcümə edilmiş “Canım nə qədər var, mənə canan sən olarsan” qəzəlinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən bildiri­lib ki, şairin yaradıcılığı haqqında məlu­matla təqdim olunan qəzəlin ingilis dilinə tərcümə müəllifi – tanınmış ingilis tər­cüməçisi Tom Bottinqdir.

Qeyd edək ki, geniş oxucu auditori­yası tərəfindən izlənən portal mütəma­di olaraq səhifələrində Vilyam Şekspir, Aleksandr Puşkin, Fridrix Şiller, Emili Di­kinson, Pablo Neruda kimi dünyaşöhrətli şairlərin yaradıcılığına yer ayırır.

AYTƏN
XQ

Sosial həyat