Məlum olduğu kimi, Ayda nə külək, nə də su var, ona görə də “Apollon” gəmisinin astronavtlarından qalan ayaq izləri itmir. Bu, o deməkdir ki, Ayda qalan cihazlar, eləcə də astronavtların ayaq izləri uzun müddət dəyişməz qalır.
Bu izlər üçün yalnız mikrometeoritlər təhlükəlidir. Onlar Ay səthinə çökür, lakin təsiri zəifdir.
Bəs Ay yox olarsa nə baş verər? Allah eləməsin, Yer kürəsində Günəş və Ay tutulmaları olmaz, tektonik plitələr yerlərini dəyişər, zəlzələlər və vulkan püskürmələri artar. Planetin iqlimi indikindən çox fərqlənər.
Qoy Yer yerliyində, Ay da aylığnda qalsın!
PÜNHAN
XQ