Banan – yaşıl, yoxsa sarı?

post-img

Bananın hər növünün fərqli dadı var. Yetişməmiş, yaşıl banan lif baxımından daha zəngindir. Xüsusilə şəkər xəstələri üçün yaşıl banan daha faydalı hesab olunur. Yaşıl bananla bağlı dietoloqlar onun bilinməyən faydalarını açıqlayıblar.

Yaşıl bananın tərkibində qlükoza az­dır. Banan yetişməyə başlayanda için­dəki nişasta şəkərə çevrilir. Bu baxım­dan yaşıl bananın tərkibində həzm sisteminə faydalı, yavaş-yavaş həzm olunan davamlı nişasta var. Bu xüsu­siyyətlər qan şəkərində qəfil artımın qarşısını alaraq diabet xəstələri üçün xüsusilə faydalı ola bilər. Davamlı nişas­ta bağırsaq sağlamlığını dəstəkləyir və həzm sistemində yaxşı bakteriyaların inkişafına kömək edir.

Liflə zəngin olduğu üçün yaşıl banan toxluq hissini artırır. Ona görə də çəkiyə nəzarət etməyi asanlaşdırır. Tərkibin­dəki vitaminlər sarı, yetişmiş bananla demək olar ki, eynidir.

Yaşıl bananın probiotik təsiri var. Bağırsaqlarda faydalı bakteriyaların qi­dalanmasına kömək edir və həzm sis­teminin sağlam işləməsinə səbəb olur. 

Bundan əlavə, bəzi tədqiqatlar göstərir ki, yaşıl bananın tərkibindəki davamlı nişasta xolesterol səviyyəsini aşağı sala bilər.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat