Abşeronda yağmursuz, bölgələrdə yağıntılı, dumanlı və küləkli

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. 

Əsasən, yağmursuz keçəcək. La­kin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı eh­timalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 14-18°, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütunu­na yüksələcək, nisbi rütubət 40-60 faiz olacaq. 

Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxa­cağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə ara­bir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30°, dağlarda gecə 8-13°, gündüz 13-18° isti olacaq.

Q. QASIMOV
XQ

 

Ekologiya