“İnstagram” məzmun (foto və video çarxlar, şəkilli postlar və s.) yaradıcıları üçün əlavə ödəniş edəcək. Bu barədə “Business Insider” xəbər saytı məlumat verib.
Xəbərdə, həmçinin bildirilir ki, əlavə ödənişlər “Spring bonus” adlanan proqram vasitəsilə icra ediləcək. Proqramdan hazırda yalnız dəvət göndərərək istifadə etmək mümkündür. 30 günlük müddət üçün 30 min dollar ödəniş nəzərdə tutulub.
Qeyd edək ki, şirkət foto və videolar, tək şəkilli postların və s. bəyənilmə və izlənilmə sayına görə “Bahar bonusu” təqdim edir. Burada izləyicilərin sayının baxış və bəyənmə saylarından daha az olması məqsədəuyğundur.
İzləyici sayı çox olduqda istifadəçi hesabları fərqlənir və onları tapmaq asanlaşır. Ümumiyyətlə, bir hesabın nə qədər fəal olduğunu öyrənmək istəyirsinizsə, paylaşımlara gələn bəyənilmə və izlənmə sayına baxmağınız kifayətdir.
S.FİDAN
XQ