3 ayda 2355 “ASAN İmza”

post-img

Bu ilin yanvar–mart aylarında muxtar respublikada 1300 müraciət üzrə 2355 “ASAN İmza” sertifikatı verilib. 

Dövlət Vergi Xidmətinin məlumatı­na görə, strukturlar tərəfindən vergi qa­nunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uço­tu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 10130 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çox­dur. Bununla yanaşı, hesabat dövründə vergi ödəyicilərinə 162 min 514 məlumat­landırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. 

Səbuhi HƏSƏNOV
XQ

Naxçıvan

Sosial həyat