1500 yeni vergi ödəyicisi

post-img

Naxçıvan Muxtar Respublikası İqti­sadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, yanvar–mart aylarında qədim diyarda 1559 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Həmin ödəyicilərin 1467-si fiziki, 92-si hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qey­diyyata alınmış vergi ödəyicilərinin sayı 8,2 faiz çoxalıb.

Məlumatda, eyni zamanda ilin ilk rübündə büdcəyə ötən ilin eyni dövrünə nisbətən 24,8 faiz və ya 9,1 milyon manat çox–45,8 milyon manat vergi daxil oldu­ğu bildirilib. Cari ilin birinci rübündə Nax­çıvanda vergi daxilolmaları üzrə proqnoz 116,1 faiz icra edilib.

Səbuhi HƏSƏNOV
XQ

Naxçıvan

Sosial həyat