Hamıya və hər yerə su!

post-img

Muxtar respublikada hidrogeoloji iş­lərin aparılması, yeraltı suların dayanıq­lığının, kimyəvi tərkibinin, ekoloji vəziy­yətə təsirinin qiymətləndirilməsi və digər məsələlərlə bağlı “Qalf Drilling Saplay FZE” şirkəti ilə Naxçıvan Muxtar Respub­likası Meliorasiya və Su Təsərrüfatı ASC arasında memorandum imzalanıb. 

Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, muxtar respublika ərazisin­də ən etibarlı su mənbəyi Araz çayı və onun üzərindəki su anbarıdır. Araz ça­yının mövcud potensialından səmərəli istifadə etmək məqsədilə bir neçə layihə hazırlanmaqdadır. Bu layihələrin gerçək­ləşməsi muxtar respublikanın suvarma suyuna olan təlabatının ödənilməsi is­tiqamətində əsaslı kömək edəcək. İmza­lanan yeni memorandum isə muxtar res­publikanın su ehtiyatlarının artırılmasına öz töhfəsini verəcək.

Səbuhi HƏSƏNOV
XQ

Naxçıvan

Sosial həyat