Ağaclar canlı abidədir

post-img

“Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Mingəçevir nümayəndəliyinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib.

Məlum olduğu kimi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ət­raf mühit və yaşıl artım ölkəsi” kimi müəy­yən edilib. Mingəçevir şəhərində həmin prioritetə uyğun olaraq mühüm addımlar atılır. Mərkəzi Aran Regional Mədəniy­yət İdarəsinin xətti ilə vaxtaşırı keçirilən müvafiq aksiyalarla da yaşıllıqların artırıl­ması, ekologiyanın sağlamlaşdırılmasına töhfələr verilir. 

Növbəti aksiyada Mingəçevir şəhəri­nin Bayraq Meydanı ilə Şərq giriş qapısı istiqamətində yerləşən Park Xiyabandakı yaşıllıq zolağında qabaqcadan şəhər ya­şıllaşdırma və sanitar təmizlik idarəsinin işçilərinin hazırladığı çalalara ağaclar əkilib. Tədbirdə Heydər Əliyev Mərkəzi­nin, mədəniyyət və musiqi ocaqlarının kollektivləri iştirak ediblər. 

Aksiya çərçivəsində 210 ədəd şam ağacı tingləri əkilib. Tədbirlər planına uy­ğun olaraq, ağacəkmə aksiyaları ardıcıl olaraq şəhərin digər yaşıllıq zolaqlarında, parklarda, istirahət məskənlərində də ke­çiriləcək.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat