“B” vitamini – ürəyin məlhəmi

post-img

Ürək sağlamlığı üçün ən vacib vitaminlərdən biri B1-dir. Bu barədə açıqlama verən rusiyalı məşhur həkim Yelena Malışeva deyib ki, tiamin adlanan B1 vitamini B6, B9 vitaminləri kimi populyar deyil. Amma onun yetməzliyində damar sisteminin zədələnməsi təhlükəsi yaranır.

Hətta B1 vitamininin əskikli­yi zamanı ürək çatışmazlığı da yaranır. Defisit təbii ki, gündəlik rasionda həmin vitaminlə zəngin qidaların azlığı ilə əlaqədardır.

Həkim bildirib ki, gündəlik menyuda da B1 vitamininin mən­bəyi olan ərzaqlar seçilməlidir. Bunlar düyü, vələmir, spirulina, toxumlar, qoz, badam, fındıq, yar­malar, taxıllardır.

Orqanizm üçün başqa heç bir vasitə ilə vitamin sintez olunmur. B1 defisitinin əsas əlaməti psixo­emosional pozuntu və sinir siste­mində problemlərdir.

Depressiya, təşviş, beyin fəa­liyyətinin pisləşməsi, yaddaş zəif­liyi, nevroz və bu kimi xəstəliklərin səbəbi də məhz orqanizmdə B1 vitamininin çatışmazlığıdır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat