Rəsm yüzlüyünün “ən məyusedici şedevr”i

post-img

Parisdəki Luvr muzeyini bəzəyən Leonardo da Vinçinin şah əsəri olan “Mona Liza” gözlənilmədən “dünyanın ən məyusedici şedevri” adını qazanıb. “CouponBirds” internet platformasının analitikləri 100 ən məşhur rəsm əsəri ilə bağlı muzeyləri ziyarət edənlərin rəylərini öyrəndikdən sonra bu qənaətə gəliblər.

“CouponBirds” 18 mindən çox rəyi araşdırdıqdan sonra müəyyən edib ki, “Mona Liza” tablosu 37 faiz mənfi şərh alıb. Bu, tədqiq edilən əsərlər arasında orta göstəricidən iki dəfə çoxdur.

Tablonun ən yüksək bədii dəyərinə baxmayaraq, Luvr muzeyinin bir çox zi­yarətçiləri “Cokonda” ilə görüşdən mə­yus ayrılırlar. “CouponBirds”in analitiklə­ri bunu qeyri-mütəşəkkil turist izdihamı, yüksək bilet qiymətləri və tablo haqqın­da yüksək gözləntilər ilə əlaqələndirirlər.

Əslində, ziyarətçilər rəsmə baxmaq üçün tablonun önündə izdihamla qarşı­laşırlar. Nəticədə, şedevrlə görüş təəs­süratları gözlənildiyi qədər canlı olmaya bilər.

Mənfi reytinqdə ikinci yeri Luvr muzeyində nümayiş etdirilən Yevgeni Delakruanın “İnsanlara rəhbərlik edən azadlıq” tablosu tutub. Üçüncü yerdə isə Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində göstərilən Salvador Dalinin “Yaddaşın davamlılığı” əsəridir.

FİDAN
XQ

Dünya