Türk dünyası gənc yazarlarının Bakı forumu keçiriləcək

post-img

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək. 

Birliyin başqanı İntiqam Yaşar XQ-yə bildirdi ki, təmsil etdiyi qurumun təşkilatçılığı ilə baş tutacaq foruma Türk ölkə və topluluqlarından nümayəndələr qatılacaq.  

İntiqam Yaşar qeyd etdi ki, yeni nəsil Azərbaycan yazarları və qonaq qismində qatılacaq qardaş xalqları təmsil edən yeni nəsil yazarlar arasında müxtəlif mövzularda panel müzakirələr, birgə əməkdaşlıq və s. məsələlər ətrafında diskusiyyalar təşkil olunacaq.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat