Sərhəd Xidməti ölkə ərazisinə narkotik keçirilməsinin qarşısını alıb

post-img

Aprel ayının 3-də saat 03:38-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 19 kiloqram 550 qram narkotik vasitə (19 kq marixuana, 550 qram tiryək) və 4370 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M-40 həblərinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. 

Məlumatı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi verib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.        

P.ƏMİRCANOV
XQ



Sosial həyat