Gəncə: Eldar şamlarının “yaşıl” işığı

post-img

Uşaq Səfirlər Məclisinin Gəncə şəhəri üzrə region nümayəndələrinin təşəbbüsü və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Park-Xiyaban Kompleksində ağacəkmə aksiyası keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasında Gəncə Uşaq Səfirlər Məcli­sinin Gəncə şəhəri üzrə 2 region nümayəndəsi və onlara dəstək üçün seçilən 20 fəal məktəbli iştirak edib. Aksiya zamanı iştirakçıların sayına uyğun olaraq 22 eldar şamı əkilib.

Uşaq Səfirlər Məclisinin Gəncə şəhəri üzrə region nümayəndələri keçirilən bu tip aksiyaların il ərzində davam etdiriləcəyini bildiriblər. Növbə­ti aksiya zamanı şəhər ərazisində olan yaşıllıq zolaqlarına qulluq göstərilməsi nəzərdə tutulur.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat