Doyunca ye ərik, alma – qaraciyəri dərdə salma

post-img

Qaraciyərin və digər orqanların işini yaxşılaşdıran ən faydalı meyvə tərkibindəki pektin sayəsində pestisidləri, ağır metal ion­larını və sağlamlığa mənfi təsir göstərən di­gər zərərli maddələri neytrallaşdıran ərikdir. 

Bu meyvənin tərkibində A, C, B, B1, E vitaminləri, beta-keratin, maqnezium, fosfor, yod, dəmir, kalium kimi mineral maddələr var. Tibb elmləri namizədi, həkim Anatoli Peçenka bildirib ki, qaraciyər xəstəliklərin­də daha çox əriyin turş növlərindən istifadə etmək lazımdır. Deyib ki, yalnız meyvənin təkcə özü deyil, ondan hazırlanan içkilər də faydalıdır. Əriyi son vaxtlar detoks məqsədilə smuzilərin tərkibində də istehlak etmək olar: bu yolla sutkalıq vitamin və mineral dozanı almaq olar. Ərik qalxanabənzər vəzinin də işi­ni yaxşılaşdırır.

Həkim Tatyana Zaletova isə qaraciyəri qorumaq üçün ən faydalı meyvənin turş alma olduğunu iddia edib. Bildirib ki, ilboyu əlça­tan olan almada daha çox pektin, lif və poli­fenollar var. Məhz polifenollar toksiki mad­dələrin zərərsizləşdirilməsi ilə məşğul olan orqanların işini dəstəkləyir. Pektin isə bağır­saq mikroflorası üçün vacib probiotikdir.

Həkim deyib: “Yaxşı olar ki, maksimal dərəcədə müxtəlif növ, yerli almalar yeyəsi­niz. Almanın qabığında polifenol və lif oldu­ğundan onu soymadan yeyin”.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat