Gündüz yağmursuz və dumanlı, axşam isə yağış...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 6-11°, gündüz 13-18° isti olacaq. 

Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütu­nuna enəcək, nisbi rütubət gecə 70-74, gündüz 45-50 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin ax­şam şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ay­rı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi eh­timalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 18-23°, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya