Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirib: bölgəmizdə terror təşkilatlarına yer yoxdur

post-img

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Görüşdən sonra Türkiyə Milli Təhlükəsizlik Xidməti bəyanat yayıb. Xəbəri “Anadolu” verib. 

Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsinin sosial şəbəkələrdə yaydığı bəyanatda qeyd edilir ki, şura milli birlik, həmrəylik və dirçəliş başda olmaq üzrə bütün növ təhdid və təhlükələrə qarşı daxildə və xaricdə PKK/KKK- PYD/YPG, FETÖ və İŞİD terror təşkilatlarına qarşı uğurla həyata keçirilən əməliyyatlar barədə məlumatlandırılıb.

Bəyanatda qeyd olunur ki, terror təşkilatları və onların havadarlarına heç bir şəraitdə bölgəmizin gələcəyində yer olmayacaq. Sənəddə qeyd olunur ki, terror təşkilatlarını təşviq edən bütün qurumlar sağlam düşüncə ilə hərəkət etməli, terrorçularla təmaslarını təxirə salınmadan kəsməlidir.

Şura İraqla strateji əməkdaşlığın güclənməsindən məmnunluğunu ifadə edib. Görüşdə xüsusilə təhlükəsizlik, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində uzunmüddətli anlaşma ilə birgə və çoxşaxəli səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

P.ƏMİRCANOV
XQ

Dünya