İctimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar

post-img

Bakının Sabunçu, Suraxanı və digər rayonlarında polisin keçirdiyi tədbirlərlə ictimai nəqliyyatda cibgirlik edənlər yaxalanıblar. Məlumatı DİN mətbuat xidməti verib. 

Cibgirlik edənlərin əvvəllər məhkum olunmuş Emil Məmmədov və Rövşən İsmayılov olduğu müəyyənləşdirilib. Onlar saxlanılıblar. 

Bu şəxslərin avtobuslarda sərnişinlərin pul, mobil telefon və digər qiymətli əşyalarını taladıqları müəyyən edilib. Saxlanılanların törətdikləri hadisələrin bir neçəsi müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
E.Məmmədov və R.İsmayılovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

P.ƏMİRCANOV
XQ

Sosial həyat