ABŞ-da meningokok infeksiyaların yeni növü ilə bağlı xəbərdarlıq edilib

post-img

Səhiyyə orqanları həkimləri ABŞ-da artmaqda olan nadir, ciddi meningokok infeksiyalarının müəyyən növlərinə qarşı diqqətli olmağa çağırır.

CNN telekanalı xəbər verir ki, ABŞ-ın xəstəliklərə nəzarət mərkəzlərinin xəbərdarlığına, əsasən, “Neisseria meningitidis” bakteriyasının müəyyən bir ştamının səbəb olduğu infeksiyaların qeyri-adi simptomlarla özünü göstərə biləcəyi bildirilir. Bu il infeksiyaya yoluxmuş təxminən hər altı nəfərdən biri ölüb.

Tipik olaraq bu infeksiyaların məlum olan növləri daha çox uşaqlara və gənclərə yoluxsa da, yeni növ daha çox 30-60 yaş arası insanlara yoluxur. Meningokok xəstəliyi həm menengitə, həm də qan dövranının ciddi infeksiyasına və ya qan zəhərlənməsinə səbəb olur. Bakteriyalar öskürmə, asqırma yolu ilə insandan insana keçə bilər.

2023-cü ildə ABŞ-da bakteriyaların yaratdığı 422, bu ilin ilk üç ayında isə 143 yoluxma hadisəsi qeydə alınıb. Xəstələrin təxminən üçdə ikisində qan dövranı problemləri meydana çıxır.

Bakterial meningitdən qoruyan peyvənd 11-12 yaş arası uşaqlar üçün tövsiyə olunur və gücləndirici doza adətən 16 yaşında təkrar verilir. Məlumatda bildirilir ki, həssas qruplardakı insanlar hər üç-beş ildən bir bu peyvəndin gücləndirici dozasını almalıdırlar.

Dünya