Ötən gün 3,6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

post-img

Aprelin 2-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 3,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin 601 metadon həbi və 16 çətənə kolu aşkarlanaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis idarəsinin 27-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elnur Əsgərov rayon ərazisində saxlanılıb. Ondan 1 kiloqram 115 qram heroin və 35 qrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Sosial həyat