Gül-çiçəklə təravətlənən Gəncə...

post-img

2024-cü il Yaşıl dünya naminə həmrəylik ilidir

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı əhatəli işlər gö­rülür. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edil­məsi ilə əlaqədar il ərzində müxtəlif aksiyaların keçirilməsi nəzərdə tutulur. Bunlardan biri də şəhərin müxtəlif ərazilərindəki yaşıllıq zolaq­larına, park və xiyabanlarına, yol kənarlarına dekorativ ağac və kollar, güllər əkilməsidir. 

Gəncə Şəhər Mənzil Kommu­nal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində qurulan müasir istixana­larda müxtəlif növ ağaclar, kollar və gül-çiçəklər yetişdirilir. Toxumdan əldə olunan şitillər kök verəndən sonra torfla qarışıq münbit torpaqlı qablara əkilir, daha sonra geniş əra­zilərə köçürülür. 

Cari ilin əvvəlindən başlayaraq şəhərin Heydər Əliyev və Şah İsma­yıl Xətai prospektlərində yerləşən dairələrdə, Cavad xan küçəsində, Nizami Gəncəvi prospektindəki yaşıllıq zolaqlarında, Gəncəçay Park-Bulvar Kompleksində, “Qala qapıları” Arxeologiya və Etnoqrafiya Muzeyinin qarşısında, “Xan bağı” istirahət parkında və digər ərazilər­də yeni yaşıllıqlar salınıb, təzə gül­lərin əkilməsi həyata keçirilib. 

Gəncə şəhərini al-əlvan rəngə boyayan, sakinlərin və şəhərimizin qonaqlarının əhvalına müsbət tə­sir göstərən belə aksiyalar bundan sonra da davam etdiriləcək.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri, 

Gəncə

Sosial həyat