Dövlət təhlükəsizliyi xidməti müstəqilliyin və sabitliyin keşiyində

post-img

28 mart tarixi ümummilli lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli sərəncamı ilə Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur və bu gün təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur.

Bununla əlaqədar, Dövlət Təh­lükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyaba­na gələrək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, məna­lı ömrünün 25 ilini bu orqanlarda şərəfli xidmətə həsr etmiş dahi şəx­siyyət Heydər Əliyevin əziz xatirəsi­ni dərin ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuş­lar.

Görkəmli oftalmoloq-alim, aka­demik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri düzülmüşdür.

DTX-nin əməkdaşları daha sonra Şəhidlər xiyabanında Azər­baycanın müstəqilliyi uğrunda can­larından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən şəxsi şü­caət göstərərək şəhidlik zirvəsinə ucalmış təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarlarını ziyarət etmiş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyul­muşdur.

Daha sonra DTX-nin Mədəniy­yət Mərkəzində Xidmətin əmək­daşlarının və veteranlarının iştirakı ilə peşə bayramına həsr olunmuş toplantı keçirilmişdir. Mərasimdə Azərbaycan təhlükəsizlik orqanla­rının 105 illik tarixindən bəhs edən “Xüsusi xidmət” adlı sənədli film nü­mayiş etdirilmişdir.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə giriş nitqi ilə çıxış edərək təhlükəsizlik orqanla­rının 105 illik tarixinə nəzər salmış, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşəkkülü, sovetlər dönəmindəki fəaliyyəti və müstəqillik qazanıldıqdan sonra müasir Azərbaycanın xüsusi xidmət orqanlarının formalaşması barədə ətraflı məlumat vermişdir.

Ulu öndər Heydər Əliyevin təh­lükəsizlik orqanlarının tarixində misilsiz xidmətlərindən danışan Xidmət rəisi bu təsisatın tərkibinin milliləşdirilməsi kimi o dövr üçün çətin və mürəkkəb olan prosesin həyata keçirilməsində dahi rəhbə­rin əvəzsiz rolundan, xüsusi xid­mət orqanlarının kadr potensialının formalaşdırılması, maddi-texniki bazasının təkmilləşdirilməsi, əmək­daşlarının iş və məişət şəraitləri­nin yaxşılaşdırılması məsələlərinə həssas yanaşmasından və bu is­tiqamətdə gördüyü ölçüyəgəlməz işlərdən danışmışdır.

Natiq Azərbaycan Respublika­sının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərli­yi ilə artıq yeni dövrə qədəm qoyan təhlükəsizlik orqanlarının qarşısın­da qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə etmiş, eyni zamanda DTX-nin son illərdəki fəaliyyətinə toxunmuşdur.

Əli Nağıyev dövlətimizin baş­çısının sarsılmaz siyasi iradəsi və Ordumuzun hərbi gücü nəticəsində ölkəmizin ərazi bütövlüyü və suve­renliyi tam bərpa olunduqdan sonra Azərbaycanın təhlükəsizlik orqan­larının qarşısında yeni çağırışların durduğunu bildirmiş, regionda ya­ranmış vəziyyəti öz xeyrinə dəyiş­mək istəyən və bölgənin yenidən münaqişə ocağına çevrilməsinə ça­lışan bəzi dairələrin təxribat və kəş­fiyyat-pozuculuq fəaliyyətini, casus şəbəkəsi yaradaraq ölkəmizin milli təhlükəsizliyinin zərərinə hesablan­mış müxtəlif planları həyata keçir­mə cəhdlərini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, DTX respub­likamızın təhlükəsizliyinə yönələn bu kimi təhdidləri dəf etmək üçün bütün qüvvə və vasitələrini səfərbər edərək belə hallarla mübarizəsini bundan sonra da inamla davam et­dirəcəkdir.

Xidmət rəisi Əli Nağıyev Ali Baş Komandan İlham Əliyevin təhlükə­sizlik orqanlarına göstərdiyi xüsusi diqqət və qayğının növbəti təzahürü kimi, ölkə başçısının müvafiq sərən­camı ilə təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü və peşə bayramı əlaqədar DTX-nin bir qrup əməkdaşının ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına la­yiq görüldüyünü vurğulamış, bunun üçün Prezident İlham Əliyevə şəxsi heyət adından minnətdarlığını çat­dıraraq, Xidmətin əməkdaşlarının göstərilən bu etimadı doğruldacaq­larına qətiyyətlə inandığını bildir­mişdir.

Sonra tədbir təhlükəsizlik orqan­ları əməkdaşları və veteranlarının çıxışları ilə davam etdirilmişdir.

Tədbirin rəsmi hissəsinin sonun­da DTX-nin şəxsi heyəti adından Azərbaycan Respublikasının Pre­zidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət oxunmuşdur.

Tədbirin bədii hissəsində tanın­mış mədəniyyət və incəsənət xa­dimlərinin ifasında konsert proqramı təqdim olunmuşdur.

XQ



Sosial həyat