Naftalan şəhəri həm müalicəvi neftinə, həm də son illər burada yaradılan müasir turizm infrastrukturuna görə ilboyu turistləri özünə cəlb etməkdədir. Təsadüfi deyil ki, yerli və xarici turistlər Novruz bayramı günlərini Beynəlxalq Turizm Mərkəzi hesab olunan Naftalanda qarşılamağa üstünlük veriblər.
Həmin günlər “loğman” şəhərə üz tutan turistlərin sayında xeyli artım müşahidə olunub. Onların istirahətinin mənalı və yaddaqalan olması üçün bayram günlərində otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, milli adət-ənənəmizi özündə əks etdirən tədbirlər keçirilib, Novruz atributları ilə hazırlanmış əyləncəli şou proqramlar təqdim olunub.
Naftalanda yerləşən müasir otel və istirahət mərkəzləri bayram günlərində, ümumilikdə, 3500-dən çox yerli və xarici turistə xidmət göstərib.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri