Qusar teatrı – “Qonaq teatr”ın qonağı

post-img

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbay­can Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Qonaq teatr” layihəsi çərçivəsin­də Qusar Dövlət Ləzgi Dram Te­atrı Turqut Özakmanın iki hissəli “Adət” tamaşası ilə dünən Teatr Xadimləri İttifaqının səhnəsində paytaxt tamaşaçılarının qonağı olub.

Əsərdə iki ailə arasında uzun illər boyu baş vermiş qan davası­nın acı nəticələrindən bəhs olunur. Qanlı intiqam hissindən qurtula bil­məyən insanları ağır aqibət gözlə­yir. Bu ədavətə son qoya biləcək yeganə çıxış yolu sevgidir. 

Əsərdə qan davasına bais ol­muş ailələrin iki gənc təmsilçisi Zöhrə ilə Mustafa bu sevgi işığın­da bir-birilərinə qovuşmağa can atırlar. Tamaşa həm də qayğıkeşli­yin, xeyirxahlığın və insanpərvərli­yin keşiyində duran fədakar qadın­lara həsr olunub. 

Əsərin quruluşçu rejissoru Əməkdar artist Xəzər Gəncəli, rəssamı Marina Mahmudova, mu­siqi tərtibatçısı Şaiq Qardaşovdur. Rolları aktyorlar Şəkufə Mirzəğa­yeva, Bağır Əhmədov, Rəhilə Ha­cıbəyova, Sədaqət Əlimuradova və digərləri ifa edirlər.

Qeyd edək ki, “Qonaq teatr” layihəsi 2023-cü ilin may ayından etibarən təqdim olunur. Layihənin məqsədi bu il yubiley yaşı tamam olan teatrların (əsasən bölgə teatr­larının) tamaşalarını Teatr Xadim­ləri İttifaqının səhnəsində göstər­məklə, onların yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır. 

Fidan SALMANOVA
XQ

Mədəniyyət