Boğaz ağrısı – turşu acısı?

post-img

Müxtəlif xəstəliklərin səbəb olduğu boğaz ağrılarını aradan qaldırmaq üçün, adətən, çay və bal qarışıqlarından istifadə edilir. Lakin amerikalı həkim Linda Yensi boğaz ağrısının dərmanının turşu olduğunu açıqlayıb.

Linda Yensi deyib ki, bir çoxumuz boğaz ağrısı ilə turşu arasında əlaqə qurmaqda çətinlik çəkə bilərik. Amma araşdırmalar turşunun boğaz ağrısını aradan qaldırmaq üçün əla vasitə ola biləcəyini göstərir. Onun sözlərinə görə, boğazda iltihabı aradan qaldırmaq üçün şirin qidalar deyil, duzlu qidalar qəbul etmək lazımdır. O, şüyüd turşu­sunu daha çox məsləhət görür. Ancaq təcili müdaxiləyə ehtiyac yarandıqda, evdə olan hər hansı turşudan da yarar­lanmaq olar.

Boğaz ağrısını aradan qaldırmaq üçün istehlak edilən turşuların miqda­rı insandan asılı olaraq dəyişə bilər. L.Yensi bunun tibbi müdaxilədən daha çox xalq təbabətinə əsaslanan evdə müalicə üsulu olduğunu etiraf edir. Bil­dirir ki, turşu müdaxiləsi uzun müddət­də boğaz ağrısının təkrarlanmasının qarşısını almır. Ancaq qısa müddətə də olsa, şiddətli ağrıları aradan qaldırır.

Amerikalı həkim boğaz ağrılarında duzlu su qarqarasının da faydalı ola biləcəyini qeyd edib. O, duzdan da həd­dən artıq istifadəni məsləhət görmədi­yini, turşunun və ya duzlu su qarqara­sının boğazda ağrılar təzə başlayanda tövsiyə edildiyini vurğulayıb.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat